AQRO

16 Noyabr

Bu rayonda çuğundur sahələrinin hər hektarından 125 sentner məhsul yığılır

Bakı, 16 noyabr Fins.az 

Xeyli müddətdir ki, İmişlidə şəkər çuğunduru sahələrinin məhsulu yığılır.

Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il İmişlidə 353,2 hektar sahədə çuğundur becərilib. Torpaq mülkiyyətçilərinin yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul istehsalçıları indiyədək plantasiyalardan 3391,8 tondan çox məhsul yığıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 125,1 sentnerə çatır.

Rayonda məhsul yığımı davam edir.

©azertac