AQRO

15 Noyabr

Bu rayonda iribuynuzlu mal-qaranın və davarların sayı artıb

Bakı, 15 noyabr Fins.az 

Bu ilin doqquz ayında Astara rayonunda 40411 baş iribuynuzlu mal-qara, o cümlədən 19763 baş inək və camış, 21465 baş qoyun və keçi qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 421 baş (1,1 faiz), o cümlədən inək və camışların sayı 155 baş (0,8 faiz), qoyun və keçilərin sayı isə 293 baş (1,4 faiz) artıb.

Bu barədə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə rayonda diri çəkidə 2954 ton ət, 27 ton yun, 20507,6 ton süd və 8833 min ədəd yumurta istehsal olunub.

Bu müddətdə rayonda, həmçinin 182,4 kiloqram barama istehsal olunub.

©azertac