AQRO

12 Noyabr

Bu rayonlarda üzüm bağlarından 428 ton məhsul yığılıb

Neftçalada bağbanlar üzüm sahələrindən 428 ton məhsul toplayaraq yığımı başa çatdırıblar.

Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov  bildirib ki, ötən il üzüm bağlarından 419 ton üzüm tədarük edən neftçalalı üzümçülər cari ildə də bağlarda bol məhsul yetişdiriblər. Yığıma mütəşəkkil başlayan bağbanlar cari təsərrüfat ilində becərdikləri 134,1 hektar üzüm sahəsindən 428,7 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 ton və ya 13,9 faiz çoxdur. Hər hektarın məhsuldarlığı 32 sentner olub. Məhsulun çox hissəsi Aşağı Qaramanlı, Cəngan və Xolqarabucaq kəndlərinin üzüm plantasiyalarından yığılıb. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər qazanıblar