AQRO

11 Noyabr

Plantasiyalardan 4347 ton üzüm yığılıb

Bakı, 11 noyabr Fins.az 

İsmayıllı rayonunda üzüm yığımı başa çatıb, sahələrdən 4347 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, üzümçülük kənd təsərrüfatının aparıcı sahələrindəndir və son illər bu sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Hazırda bölgədə 1161 hektar üzüm bağı var ki, bunun da 1021,9 hektarı bar verən bağlardır. Plantasiyalarda əsasən “Sultanino”, “Kardinal”, “Moldovo” süfrə sortları, “Mədrəsə”, “Rkaşteli” və digər texniki sortlar yetişdirilir.

Bu il istehsal olunan məhsulun 1557 tonu süfrə sortu olub və yığılan məhsul birbaşa yerli bazarlara çıxarılıb. Məhsul yığımı kampaniyası rayonun Qalınçaq, Kürdmaşı, İvanovka ərazi dairələrində daha mütəşəkkil keçib