AQRO

06 Noyabr

Bu rayonda indiyədək tədarük olunan “ağ qızıl”ın 80 faizindən çoxu maşınlarla yığılıb

Bakı, 06 noyabr Fins.az 

Zərdab rayonunda pambıq yığımı davam edir və indiyədək tarlalardan 6633 ton məhsul götürülüb.

Rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə 2520 hektarda pambıq yetişdirilib. “Ağ qızıl” ustaları ilk günlərdən məhsulun tam, son qozasınadək yığılması üçün bütün qüvvələrini səfərbər ediblər. Məhsulun 3890 tonu “MKT-İK” MMC-nin, 2743 tonu isə “P-Aqro” MMC-nin Zərdab filialları tərəfindən tədarük olunub. “Ağ qızıl” toplanışında texnikanın gücündən daha çox istifadə edilib. Belə ki, məhsulun 81,6 faizi pambıqyığan maşınlarla toplanıb.

Qeyd edək ki, rayonda ənənəvi sahə olan pambıqçılıqda zəngin təcrübəyə malik fermerlər formalaşıb. Belə ki, “MKT-İK” MMC ilə müqavilə bağlayan fermer Nazim Əkbərov səpin apardığı 32 hektar sahənin hər hektarından 34 sentner olmaqla 110 ton, fermer Fariz Hüseynov 130 hektarın hər hektarından 27 sentner olmaqla 350 ton “ağ qızıl” əldə ediblər.

© azertac