AQRO

06 Noyabr

Bu rayonda fermerlər indiyədək 12 min tona yaxın kələm tədarük ediblər

Bakı, 06 noyabr Fins.az 

Bərdəli torpaq mülkiyyətçiləri bu il 2578,3 hektar sahədə tərəvəz yetişdiriblər. Düşmənin təxribatlarına baxmayaraq, hazırda rayonun təsərrüfatlarında tərəvəz yığımı davam edir. İndiyədək sahələrdən 70 min 821 ton məhsul yığılıb.

Bərdə Rayon Statistika İdarəsindən bildirilib ki, rayonda fermerlərin becərdikləri əsas tərəvəz bitkilərindən biri kələmdir. Məhsul istehsalçıları bu il 397,4 hektar sahədə kələm becəriblər. İndiyədək 11 min 907,2 ton kələm tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 300,7 sentner təşkil edir.

© azertac