AQRO

06 Noyabr

Bu rayonun taxılçıları payızlıq əkini başa çatdırıblar

Bakı, 06 noyabr Fins.az 

Torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsi şəraitində arxa cəbhədə fədakarlıqla çalışan Qobustan taxılçıları payızlıq əkin kampaniyasını müvəffəqiyyətlə başa çatdırıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilib ki, taxılçılar gələn ilin məhsulu üçün 29 min hektarda səpin aparıblar. Bu göstərici proqnozlaşdırılan həcmdədir. Əkin sahələrinin 19 min hektarı buğda, 10 min hektarı isə arpadır. Səpində yerli şərait üçün daha çox sərfəli olan “Qobustan”, “Bezosiya” buğda, “Cəlilabad”, “Dəyanətli” arpa sortlarından istifadə olunub. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Xilimlli, Qurbancı, Ərəbşahverdi, Təklə, Sündü kənd, Qobustan şəhər icra nümayəndəliklərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb.

Əkin sahələrinin 70 faizində, xüsusilə daha tez səpin aparılan ərazilərdə normal çıxış alınıb.

© azertac