AQRO

07 Oktyabr

Balakəndə kartof istehsalı ötən illə müqayisədə 205 ton artıb

Balakən rayonunun təsərrüfatlarında kartof yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə 607 hektar kartof sahəsindən 5801 ton məhsul götürüblər. Hər hektarda məhsuldarlıq 95,6 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 205 ton artıb.

Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Təsərrüfatlarda dən üçün qarğıdalı, tərəvəz, meyvə, tütün yığımı isə davam edir. Oktyabrın əvvəlinə olan statistik məlumata görə, dən üçün qarğıdalı əkilmiş 7515 hektar sahənin 4726 hektarında məhsul yığımı başa çatıb, 28 min 470 ton qarğıdalı istehsal olunub. Hər hektardan orta hesabla 60,2 sentner məhsul götürülüb. Tərəvəz əkilmiş 1943 hektar sahənin 1677 hektarında da məhsul yığımı artıq başa çatıb və 23 min 457 ton tərəvəz istehsal olunub.

İndiyədək rayonda 379 ton quru tütün istehsal olunub. Balakənli bağbanlar meyvə bağlarından 15 min tondan çox məhsul tədarük ediblər.