AQRO

24 Sentyabr

Bu il Gürcüstan Azərbaycandan 500 tona yaxın çay alıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 3 milyon ABŞ dolları dəyərində 489,5 ton çay idxal edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkə Azərbaycandan çay tədarükünü 6,4 ton artırıb.

Hesabat dövründə Azərbaycan da Gürcüstandan çay idxal edib. Məhsulun həcmi 167,5 ton, dəyəri isə 1,2 milyon ABŞ dolları olub. 

© Report