AQRO

23 Sentyabr

Düyü idxalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkəyə 44,4 min ton düyü idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən məhsulun dəyəri 30,7 milyon dollar olub.

Xatırladaq ki, keçən ilin eyni dövründə dəyəri 26,7 milyon dollar olmaqla 32,4 min ton düyü idxal edilib.