AQRO

23 Sentyabr

Azərbaycan Gürcüstandan bal idxalına başlayıb

Azərbaycan 10 illik fasilədən sonra Gürcüstandan təbii bal idxal edib. 

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Bu ilin iyun ayında tədarük edilmiş balın həcmi 200 kq, dəyəri isə 800 ABŞ dolları təşkil edib. 

Gürcüstanın Arıçılar Assosiasiyası qonşu Azərbaycana bal ixracına başlanılmasını müsbət qiymətləndirib və bunun gürcü arıçıları üçün stimul olacağını deyiblər.

© Report