AQRO

22 Sentyabr

Azərbaycan Gürcüstandan sitrus meyvələrinin idxalını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 540,6 ton sitrus meyvəsi ixrac edib. 

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

8 aylıq ixracın ümumi dəyəri 474,5 min ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən tədarük etdiyi sitrus meyvələrinin həcmi 2,6 dəfə artıb.