AQRO

22 Sentyabr

Azərbaycandan 69 tona yaxın meyvə Rusiyaya buraxılmayıb

Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin mütəxəssisləri azərbaycanlı iş adamlarına məxsus ümumi çəkisi 68,6 ton olan 4 partiya meyvənin Rusiyaya gətirilməsinə icazə verməyiblər.

"2020-ci ilin sentyabr ayının əvvəlindən “Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin mütəxəssisləri tərəfindən “Viaduk” müvəqqəti saxlanc anbarında Azərbaycandan daxil olmuş yüklərə fitosanitar nəzarətin həyata keçirilməsi zaman karantin obyekti hesab edilən Şərq meyvə qurdu və şaftalı qurdu aşkarlanıb", - deyə İdarənin məlumatında bildirilir.

Bununla əlaqədar İdarə ümumi çəkisi 68,6 ton olan 4 partiya şaftalı, gavalı və nektarinin Rusiyaya gətirilməsini qadağan edib.

"Yük sahiblərinin Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulub", - deyə məlumatda vurğulanır.

(c)İnterfaks Azərbaycan