AQRO

15 Sentyabr

Azərbaycan ət idxalını 4%-dən çox azaldıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 56,5 mln ABŞ dolları dəyərində 31,7 min ton ət idxal edib.

Fins.az xəbər verir ki, bu, 2019-cu ilin eyni ayları ilə müqayisədə 6,3 mln ABŞ dolları (12,6%) çox və 1,5 min ton (4,4%) azdır.

2020-ci ilin yanvar-avqust ayları ərzində ət idxalı Azərbaycanın ümumi idxalının 0,84%-ni təşkil edib.

©Report