IKT

15 Sentyabr

Azərbaycan buğda idxalını 19% azaldıb

Bu ilin yanvar-avqust aylarında  Azərbaycan 147,2 milyon ABŞ dolları dəyərində 688,7 min ton buğda idxal edib.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 39 milyon dollar (20,9%) və 164,1 min ton (19,2%) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,2%-ni təşkil edib.

©Report