AQRO

21 Avqust

Buğda idxalı azalıb

2020-ci ilin yeddi ayında ölkəyə 434,5 min ton buğda idxal olunub.

Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 94 milyon ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin yanvar-iyul aylarında ölkəyə 145,8 milyon dollarlıq 653,2 min ton buğda idxal edilib.