AQRO

17 İyul

Builki mövsümdə Qaxda 38 min tondan çox taxıl istehsal edilib

Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 13 min 26 hektar sahənin məhsulu biçilib, 38 min 392,6 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 29,5 sentner təşkil edib.

Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tədarük edilən taxılın 7 min 828,3 tonu arpa, 30 min 564,3 tonu isə buğdadır. Arpa sahələrində hər hektardan orta məhsuldarlıq 28,4 sentner, buğda zəmilərində isə 29,8 sentner olub.

Rayon üzrə ən yüksək məhsuldarlıq Qax Aqroparkında qeydə alınıb. Belə ki, builki mövsümdə aqroparkın buğda sahələrinin hər hektarından 47,7 sentner, arpa sahələrindən isə 46,4 sentner məhsul götürülüb.