AQRO

17 İyul

Ağcabədi kümçüləri 55 min 528 kiloqram barama tədarük ediblər

Bu il Ağcabədi rayonunda 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu yetişdirib.

Fins.az xəbər verir ki, rayon kümçüləri 55 min 528 kiloqram barama tədarük edərək “Azəripək” MMC nümayəndələrinə təhvil veriblər. Bu il rayon üzrə ötən illə müqayisədə 1062 kiloqram daha çox məhsul istehsal edilib.

Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.