AQRO

06 İyul

Ağsuda taxıl zəmilərinin 96 faizi biçilib

Ağsu rayonunda taxıl biçini kampaniyası başa çatmaqdadır və artıq zəmilərin 96 faizinin məhsulu yığılıb.

Rayon statistika idarəsindən bildirilib ki, cari ildə 35 min 685 hektar sahədə taxıl əkilib və artıq 34 min 465 hektarında biçin başa çatıb. Hazırda biçin rayonun şimal dağlıq ərazilərdə aparılır ki, burada hər gün zəmilərə 27 kombayn çıxarılır.

Qeyd edək ki, taxılçıların hər hektardan əldə etdikləri orta məhsuldarlıq 33 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən 2 sentner çoxdur. Rayonun bir sıra ərazilərində, o cümlədən Padar, Ərəbmehdibəy, Gəgəli ərazi dairələrində fermerlər və fiziki şəxslər daha yüksək məhsuldarlığa nail olublar.