AQRO

29 İyun

Ucarda çəltik əkini başa çatıb

Ucar rayonunun torpaq mülkiyyətçiləri çəltik əkinini başa çatdırıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 550 hektar sahədə çəltik əkilib. Builki mövsümdə çəltik rayonun Şahlıq, Alpout, Boyat, Bağman, Təzə Şilyan və Qaziyan ərazi dairələrində əkilib. Bu ərazilərdə çəltikçilik artıq ənənəvi sahədir və əkinçilər gələcək bol məhsul üçün aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə görülməsinə ciddi diqqət yetirirlər. Belə ki, əkinqabağı sahələrdə hamarlama, mallama, tirləmə işləri aparılıb və normaya uyğun su ilə doldurulub.

Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə işləri aparılır