AQRO

25 İyun

Buğda idxalı azalıb

Bu ilin 5 ayında ölkəyə 341,8 min ton buğda idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 74,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin yanvar-may aylarında ölkəyə 124,4 milyon dollarlıq 551,4 min ton buğda idxal edilib.