AQRO

23 İyun

Gürcüstan bu il Azərbaycandan 2 mln. dollarlıq çay idxal edib

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 1 977,8 min ABŞ dolları dəyərində 324,3 ton çay idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirib.

Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalı dəyər baxımından 177,8 min dollar və ya 9,9%, həcm baxımından isə 29,5 ton və ya 10% çoxdur.

© APA