AQRO

23 İyun

Sabirabadda 8 min hektardan çox sahədə yazlıq bitkilər əkilib

Sabirabadda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini başa çatıb.

Rayonun statistika idarəsindən bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları 8 min 765 hektar sahəyə toxum səpərək yazlıq əkini yekunlaşdırıblar. Səpin aparılan sahələrin 1374 hektarını kartof, 3 min 437 hektarını tərəvəz, 3 min 954 hektarını bostan bitkiləri təşkil edir. Əkinçilər, həmçinin 10 min 75 hektar sahədə pambıq da əkiblər.