AQRO

22 May

4 ayda kənd təsərrüfatı məhsulunun dəyəri 1,4 milyard milyon manat olub

Yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 415,3 milyon manat təşkil edib ki, onun da 1 milyard 315,9 milyon manatı heyvandarlıq, 99,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 13,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.