AQRO

19 May

Azərbaycanın Gürcüstandan gübrə idxalı artıb

Bu ilin ilk dörd ayında Azərbaycan Gürcüstandan 23 968,3 ton azot gübrəsi idxal edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Məhsulun ümumi dəyəri 3,92 mln ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən tədarük etdiyi gübrənin həcmi 10 514,4 ton və ya 78% artıb.