AQRO

19 May

“Naxçıvan” Universitetində keçirilən onlayn viktorinanın qalibləri müəyyənləşib

“Naxçıvan” Universitetində Təbiət elmləri kafedrasının təşkilatçılığı ilə keçirilən “Coğrafiyada ənənlər və ilklər” adlı onlayn viktorinanın qalibləri müəyyənləşib.

Universitetin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, tələbələrin evdə asudə vaxtlarının səmərəli təşkili baxımından belə onlayn intellektual oyunların keçirilməsinin önəmli olduğunu bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu viktorina iştirakçılarına uğurlar arzulayıb.

Tələbələr 3 raunda keçirilən viktorinada hər raundda 20 sual olmaqla (final raunda 10 sual), ümumilikdə, 50 sualı cavablandırıblar.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Nəticələrə əsasən, Pedaqoji fakültənin “Coğrafiya” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Gülsüm Qasımova I, II kurs tələbəsi Şəbnəm Qafarova II, I kurs tələbəsi Ramin Nəsirov və II kurs tələbəsi Murad Cəfərov isə III yerə layiq görülüblər.