AQRO

13 May

Azərbaycanda kənd təsərrüfatı sektoru 3,8% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1,415 mlrd. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 93% və ya 1,316 mlrd. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,2% çoxdur. Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 99,4 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% çoxdur.