AQRO

07 May

Qəbələli kümçülərə 520 qutu ipəkqurdu paylanılıb

Builki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 5 tondan çox artırılaraq, 20,8 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 520 qutu ipəkqurdu paylanılıb.

Bu barədə Fins.az-a Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Sektor müdiri bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 104 kümçü ilə müqavilə bağlanılıb.

Xatırladaq ki, qəbələli kümçülər ötənilki mövsümdə 15,4 ton yaş barama istehsal ediblər. Barama istehsalı əvvəlki illə müqayisədə 6,3 ton artıb.