AQRO

07 May

Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə başlanılıb

Hər il olduğu kimi, cari ildə də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən İmişli, Saatlı, Sabirabad, Bilsuvar və Salyan rayonlarının ərazilərinin bir hissəsini əhatə edən Küdrü düzü ərazisində Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərini vaxtında və səmərəli təşkil etmək məqsədilə aprel ayının ikinci ongünlüyündən etibarən maşın-mexanizmlərin dislokasiyası həyata keçirilib, lazımi dərman və yanacaq ehtiyatı yaradılıb, bütün maşın-mexanizmlər sazlanaraq hazır vəziyyətə gətirilib.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin “1652” çağrı mərkəzinə məlumat verilməsi tövsiyə olunur.