AQRO

05 May

Nümunəvi ailə təsərrüfatı hər il istixanadan 4 tona yaxın məhsul götürür

Muxtar respublikada ailə təsərrüfatları kənd təsərrüfatının əsas qolunu təşkil edir. Hazırda Naxçıvanda nümunəvi ailə təsərrüfatları mövcuddur. Onlardan biri də Culfa şəhər sakini Ümid Həsənlinin istixana təsərrüfatıdır.

Fins.az xəbər verir ki, hazırda təsərrüfatçı istixanada pomidor yetişdirir. Burada 1500-dən çox şitil əkilib becərilir.

Ailə təsərrüfatçısı qeyd edib ki, istixanada əkilən məhsuldar pomidor sortları respublikanın digər bölgələrindən gətirilib və bir şitildən 4-5 kiloqram məhsul əldə etmək mümkündür. 20-25 gündən sonra istixanada ilk məhsul yığılacaq.

İstixanada damcı üsulu ilə suvarma aparıldığını vurğulayan ailə təsərrüfatçısı qeyd edib ki, dörd ildir bu üsulla pomidor yetişdirməklə məşğuldur. Şitillərə yaxşı qulluq göstərildikdə hər il istixanadan 4 tona yaxın məhsul götürmək mümkündür. Əldə edilən məhsul rayon bazarı ilə yanaşı, muxtar respublikanın digər bazarlarına da çıxarılır. O, gələcəkdə təsərrüfatını daha da genişləndirməyi planlaşdırdığını bildirib.