AQRO

28 Aprel

Zərdabda çəltik əkini sahələri 300 hektara çatdırılacaq

Zərdab rayonunda çəltik əkininə ciddi hazırlıq işləri aparılır.

Rayon icra hakimiyyətindən Fins.az-a bildirilib ki, ötən il 211 hektar sahədən 1000 tondan çox çəltik istehsal olunan Zərdabda cari ildə əkin sahələrinin 300 hektara çatdırılacağı gözlənilir. Öz keyfiyyəti ilə seçilən yerli istehsala tələbat artdıqca torpaq mülkiyyətçiləri əkin sahələrini ildən-ilə genişləndirirlər. Hazırda çəltik səkkiz icra nümayəndəliyində, xüsusilə daha çox Yuxarı Seyidlər, Körpükənd, Məlikli, Əlibəyli ərazilərində əkilir.

Artıq şum çıxarılıb, kifayət qədər toxum tədarük olunub. May ayının ikinci ongünlüyündən əkinə start veriləcək.