AQRO

18 Aprel

Azərbaycan bu il 37 mln. dollarlıq meşə fındığı ixrac edib

2020-ci ilin yanvar-mart ayılarında Azərbaycan 36,9 mln. ABŞ dollar məbləğində 6 007,5 ton meşə fındığı ixrac edib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azdır.

Qeyd edək ki, bu ilin hesabat dövründə meşə fındığı ixracının ümumi ixracda payı 2019-cu ilin analoji dövrü ilə müqayisədə dəyişməz olaraq 0,9% səviyyəsində qalıb.