AQRO

15 Aprel

Azərbaycan bu il 41 min ton azot gübrəsi ixrac edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 9 372,95 min ABŞ dolları dəyərində ixrac edib.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən üç ay ərzində ölkədən 93 729,45 ton metanol (metil spirti) ixrac edilib. Azərbaycanın yanvar-mart aylarının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,18% təşkil edib. Bundan başqa, hesabat dövrü Azərbaycan 5 900,94 min dollar dəyərində 41 287,1 ton azot gübrəsi ixrac edib. Azərbaycanın yanvar-mart aylarının qeyri-neft sektoru üzrə ixracında azot gübrəsinin payı 1,38% təşkil edib.