AQRO

10 Aprel

Karantin günlərində Naxçıvanda meyvə bağı salınıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Uzunoba Su Anbarının ətrafında 1 hektar sahədə yeni meyvə bağı salınıb.

Fins.az-ın məlumatına görə, AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni meyvə bağında yerli iqlim və torpaq xüsusiyyətlərinə uyğun müxtəlif meyvə tingləri əkilib. Qeyd edək ki, bu ilin yazında muxtar respublikada 262 hektar sahədə meyvə bağlarının salınması, 109 mindən artıq müxtəlif meyvə tinginin əkilməsi nəzərdə tutulub. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq aparılacaq yaşıllaşdırma tədbirləri zamanı kənd təsərrüfatı əkinləri üçün yararsız olan sahələrdə meyvə bağlarının salınmasına, eroziya və şoranlaşmaya məruz qalan torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılmasına üstünlük veriləcək.