AQRO

07 Aprel

Neftçalada 2024 hektar sahədə yazlıq bitkilər əkilib

Neftçalada cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.

Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov Fins.az-a bildirib ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 2024 hektar sahədə yazlıq bitkilər əkiblər. Əkin aparılmış sahələrin 1751 hektarını yonca, 139 hektarını kartof, 65,3 hektarını tərəvəz bitkisi, 37,7 hektarını bostan bitkiləri, 31 hektarını isə vələmir bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 6 min 184 hektar sahədə pambıq əkilməsi üçün şum aparılıb.

Qeyd edək ki, ötən il rayonda 1052 məhsul istehsalçı ilə müqavilə bağlanılaraq 5087 hektar sahədə pambıq əkilib, 16 min 71,4 ton xam pambıq tədarük olunub.