AQRO

07 Aprel

Saatlıda heyvandarlıq məhsullarının istehsalı artır

Saatlıda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün rayonda müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində rayonda mal-qaranın baş sayı, ət və süd istehsalı artır.

Rayon statistika idarəsindən Fins.az-z verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 67 min 808 baş iribuynuzlu mal-qara, 115 min 800 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 32 min 332 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət və süd istehsalının da artmasına təsir göstərib.

Cari ilin ötən 3 ayında rayonda 1678 ton ət (diri çəkidə), 8 min 544 ton süd istehsal olunub ki, bu da 2019–cu ildə istehsal olunan ətdən 0,7 ton süddən 8,9 ton çoxdur.