AQRO

30 Mart

İki ayda kənd təsərrüfatı məhsulunun dəyəri 656,4 milyon manat olub

Yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 656,4 milyon manat təşkil edib ki, onun da 629 milyon manatı heyvandarlıq, 27,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 12,7 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.