AQRO

30 Mart

Kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz artmışdır

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, cari ilin mart ayının 1-nə kimi, 57,3 min hektar sahədə yazlıq bitkilər, o cümlədən, 5,5 min hektar sahədə dənlilər və dənli paxlalılar, 14,2 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 26,4 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə sair bitkilər əkilmişdir.

2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin yanvar-fevral aylarında diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 82,9 min ton, süd istehsalı 1,6 faiz artaraq 309,7 min ton, yumurta istehsalı 11,6 faiz artaraq 315,7 milyon ədəd və tərəvəz istehsalı 15,7 faiz artaraq 31,6 min ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 12,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artmışdır.