AQRO

29 Mart

Ağcabədi rayonunda fermer kartlarının səyyari paylanması təşkil edilib - FOTO

Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Kapital Bankın Ağcabədi filalının eləcə də Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin iştirakı ilə Ağcabədi rayonu üzrə elektron kənd təsərrüfatı informasiya sistemindən qeydiyyatdan keçən torpaq mülkiyyətçilərinin fermer kartlarının Koronavirusla bağlı karantin vəziyyətini nəzərə alaraq əhalinin Kapital Bankın Ağcabədi filalına toplaşmaması məqsədi ilə işçilərdən ibarət səyyari qruplar yaradılaraq 29 mart 2020-ci il tarixdən kəndlərdə  fermer  kartlarının səyyari paylanması təşkil edilib.

Fins.az-a icra hakimiyyətindən verilən məlumata görə, bu işlər davam etdiriləcək.