AQRO

29 Mart

Buğda idxalı kəskin azalıb

Yanvar-fevral aylarında Azərbaycana 98,1 min ton buğda idxal olunub.

Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal olunan buğdanın dəyəri isə 21,5 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin ilk iki ayında ölkəyə 55,4 milyon dollarlıq 249,9 min ton buğda idxal olunub.