AQRO

29 Mart

Çay idxalı artıb

Bu ilin yanvar-fevral aylarında ölkəyə 2329 ton çay idxal edilib.

Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən çayın dəyəri isə 8,9 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə dəyəri 7,2 milyon dollar olmaqla 1936 ton çay idxal edilib.