AQRO

18 Mart

Azərbaycan buğda idxalını 61% azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 21,544 milyon ABŞ dolları dəyərində 98,154 min ton buğda idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,895 milyon ABŞ dolları (61,1%) və151,778 min ton (60,7%) azdır.

Hesabay dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,2%-ni təşkil edib.

@Report