AQRO

17 Mart

Ağdaşda 1070 hektardan çox sahədə yazlıq bitkilər əkilib

Ağdaş rayonunda yazlıq bitkilərin əkininə başlanılıb və artıq 1070 hektardan çox sahədə əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, builki mövsümdə 12000 hektarda yazlıq bitkilər əkiləcəyi proqnozlaşdırılır. Hələlik 70 hektarda kartof əkilib, 1000 hektarda yonca səpini aparılıb. Bir sıra ərazi dairələrində tərəvəz əkininə başlanılıb.

Rayonda ənənəvi təsərrüfat sahələri olan çəltik, bostan əkininə hazırlıq işləri görülür.