AQRO

04 Mart

Aqrar Xidmətlər Agentliyi tərəfindən göstərilən xidmətlər təsdiq edilib

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qərarına əsasən Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən regionlarda Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) vasitəsilə göstərilən xidmətlərin siyahısı və reqlamentləri təsdiq olunub və Dövlət Xidmətləri Portalına inteqrasiya edilib. Belə ki, baytarlıq xidməti sahəsində 8, fitosanitar xidməti sahəsində 6, dövlət texnik nəzarəti xidməti sahəsində 13, bitki şorları və toxum nəzarəti üzrə xidmətlər sahəsində 14 xidmətlər göstərilməsi nəzərdə tutulur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, fermerlər və sahibkarlar AXA–nın rəsmi internet səhifəsinə (//www.axa.gov.az), həmçinin Dövlət Xidmətləri Portalına (//www.dxr.az) daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər.