AQRO

18 Fevral

Bu rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 14,2 faiz artıb

Keçən il Qazax rayonunda kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 96267,7 min manat təşkil edib. Bunun 46292,5 min manatı heyvandarlıq, 49975,2 min manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Qazax Rayon Statistika İdarəsindən bildirilib ki, 2019-cu ildə əvvəlki illə müqayisədə rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 14,2 faiz artıb.