AQRO

17 Fevral

Macarıstanda kənd təsərrüfatı ixtisasları üzrə təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir.

Təhsil səviyyəsi: magistratura

Tədris dili: ingilis dili

İxtisaslar: qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi, bağçılıq mühəndisliyi, heyvan qidası və yem təhlükəsizliyi.

Universitetlər: Szent István University, Kaposvár University

Təhsil müddəti: 2 il

Maliyyələşmə: təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta

Müraciət forması:

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.

Son müraciət tarixi: 28.02.2020

Qeyd: yalnız 30 yaşadək namizədlər müraciət edə bilər. Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə [email protected] ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.