AQRO

10 Fevral

Göygöl rayonunda bəslənilən mal-qaranın sayı açıqlanıb

2020-ci il yanvar ayının 1-i vəziyyətinə Göygöl rayonunda 20289 baş iribuynuzlu mal-qara, o cümlədən 10102 baş ana inək və camış, 139688 baş qoyun və keçi qeydə alınıb. Ana inək və camışların naxırda xüsusi çəkisi 49,8 faiz təşkil edib.

Göygöl Rayon Statistika İdarəsindən bildirilib ki, bu il yanvar ayının 1-i vəziyyətinə kənd təsərrüfatı müəssisələri və digər təşkilatlarda 1123 baş iribuynuzlu mal-qara, 491 baş inək və camış, 14814 baş qoyun və keçi mövcud olub.

Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatı üzrə 19166 baş iribuynuzlu mal-qara, 9611 baş inək və camış, 124874 baş qoyun və keçi bəslənilib.

©Azertac