AQRO

25 Dekabr

Elxan Mikayılov:\"Biz iki laboratoriya ilə müayinə nəticələrinin qarşılıqlı tanınması ilə bağlı razılıq əldə et

"Biz iki laboratoriya ilə müayinə nəticələrinin qarşılıqlı tanınması ilə bağlı razılıq əldə etmişik" Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib. Onun sözlərinə görə "Hazırda Agentlik bir neçə özəl laboratoriya ilə əməkdaşlığa başlayıb. Bildiyiniz kimi, Agentliyin mövqeyi ondan ibarətdir ki, müayinələr təkcə Agentliyin balansında olan laboratoriyalarda deyil, eyni zamanda özəl laboratoriyalarda da həyata keçirilməlidir. Artıq biz iki laboratoriya ilə müayinə nəticələrinin qarşılıqlı tanınması ilə bağlı razılıq əldə etmişik. Artıq ixrac olunan məhsullara verilən sertifikat üçün tələb olunan müayinələrin həmin laboratoriyalarda aparılması təmin edilir",- deyə E. Mikayılov qeyd edib.