AQRO

25 Dekabr

Arıçılıq Kompleksinin harada inşa ediləcəyi məlum oldu

İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min baş arı ailəsindən ibarət Arıçılıq Kompleksinin inşası nəzərdə tutulur.

"Marja" xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib. 

Xəbər verdiyimiz kimi, Oktyabr ayında Kənd Təsərrüfatı Nazirliyi "ART-PROJE" MMC ilə müqavilə bağlayıb.
Məbləği 111 min 415 manat olan müqavilə 10 min arı ailəsindən ibarət “Arıçılıq kompleksi”nin layihələndirilməsini nəzərdə tutur. Layihələndirmə mərhələsindən sonra kompleksin tikintisi aparılacaq.

Arıçılıq kompleksinin layihələndirilməsi işinin satın alınması üçün tender bu ilin İyul ayının sonunda elan edilmişdi.

© Marja