AQRO

19 Dekabr

Dənli bitkilərin əkin sahələrindən əvvəlki ildən 6,3 faiz çox məhsul götürülüb

Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Dekabrın 1-dək dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 39,5 min hektar əkin sahəsindən 3 milyon 253 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çox məhsul götürülüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılıb.

Bundan əlavə, 32,8 min hektar dən üçün qarğıdalı sahəsindən 259,4 min ton məhsul toplanaraq hər hektardan orta hesabla 79,2 sentner qarğıdalı dəni götürülüb.

Qarğıdalı dəni nəzərə alınmaqla, ölkə üzrə taxıl istehsalı 3 milyon 512,4 min ton olub.